“Rusiya donanması Ukraynaya zərbə endirmək qabiliyyətini saxlayır” –Britaniya kəşfiyyatı

Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqlar Qara dənizin əməliyyat zonasında yerləşir.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin bugünkü hesabatında bildirilir.

““Saratov” desant gəmisi və “Moskva” kreyserinin itkilərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Donanması Ukrayna və sahilyanı hədəflərə zərbə endirmək qabiliyyətini saxlayır”, – Britaniya kəşfiyyatı vurğulayıb.

O da qeyd olunur ki, Bosfor bütün döyüş gəmiləri üçün bağlı qalır. Bu da Rusiyanın Qara dənizdə itirilmiş “Moskva” kreyserini əvəzləməsinə imkan vermir.

Xatırladaq ki, “Moskva” kreyserinə hücumdan sonra Rusiya hərbi gəmilərini Ukrayna sahillərindən 200 kilometr uzaqlaşdırıb.

Azpost.info

Əvvəlki məqalə

Bu məktəbə qəbul imtahanı vermiş hərbi çağırışçılara möhlət veriləcək

Sonrakı məqalə

ABŞ Konqresi Ukraynaya silah yardımı üçün “lend-liz” qanununa baxacaq –