“Rusiya dövlət terroruna əl atır” – ATƏT sədri

ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiyanın Ukraynada dinc əhaliyə qarşı endirdiyi zərbələri dövlət terroru adlandırıb.

Azpost.info xəbər verir ki, təşkilat rəhbəri rus qoşunlarının beynəlxalq müqavilələrlə qadağan olunmuş silahlardan istifadə etdiyini də bildirib. Raunun sözlərinə görə, rus qoşunları ukraynalıların ruhunu sındırmaq üçün mülki əhaliyə və infrastruktura zərbələr endirir: “Bunlar təəssüf doğuran, utancverici və dövlət terrorizminə bərabər hərəkətlərdir. Məktəblərə, xəstəxanalara və uşaq bağçalarına beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla qəsdən hücum edilir”. Diplomat Rusiyanı silahlı münaqişənin sülh yolu ilə həlli üçün dialoqa çağırıb: “Moskvadan beynəlxalq öhdəliklərini yerinə yetirməsini, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmasını gözləyirik”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə Nazirliyi:

Sonrakı məqalə

Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib