“Rusiya dünya silah bazarında liderdir”- PUTİN

“Rusiya dünya silah və hərbi texnika bazarında liderlərdən biridir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Rusiyanın müdafiə sənayesi kompleksi qlobal silah və hərbi texnika bazarında liderlərdən biri statusunu inamla qoruyub saxlayır”, – Putin bildirib.

Onun sözlərinə görə, ABŞ-ın misli görünməmiş sanksiyalar təzyiqinə və ədalətsiz rəqabətə baxmayaraq, ölkə əhəmiyyətli həcmdə silah ixracını uğurla həyata keçirir.

Azpost.info

Əvvəlki məqalə

“Yaşayış evlərinin icbari sığortası qərarı ləğv edilməlidir” –

Sonrakı məqalə

Belçikada itkin düşmüş Azərbaycan vətəndaşı tapılıb