Rusiya Finlandiyanın iki diplomatını ölkədən qovdu

Finlandiyanın Rusiyadakı səfirliyinin iki əməkdaşı “persona non-qrata” elan edilib və onlardan ölkəni tərk etmək tələb olunub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qərar rusiyalı diplomatları ölkədən çıxaran və Rusiyaya qarşı qarşıdurma kursu tutan Finlandiya hökumətinin hərəkətlərinə cavab olaraq qəbul edilib.

Apreldə Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın Helsinkidəki diplomatik missiyasının iki əməkdaşının ölkədən çıxarıldığını açıqlamışdı. Daha bir diplomatın isə viza müddətinin uzadılmasından imtina edilmişdi.

Azpost.info

Əvvəlki məqalə

Ukraynada Kommunist Partiyası qadağan edildi –

Sonrakı məqalə

“Yenidən “Moskviç” istehsal olunacaq” –