Rusiya Fransanı münasibətləri yaxşılaşdırmaq üçün səy göstərməyə çağırdı

“Moskva və Paris ikitərəfli münasibətlər tarixinin ən yaxşı dövrünü yaşamır. Lakin Fransa hakimiyyəti “ağıl yoluna” qayıtsa, Rusiya normallaşmaya hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov deyib.

“Moskvanın, o cümlədən xarici işlər naziri Sergey Lavrovun da bəyan etdiyi kimi, tərəfdaşlarımız “ağıl yolu”na qayıtsa, biz danışmağa hazırıq”, – Meşkov bildirib.

Meşkov münasibətlərin aşağı səviyyədə olmasını Fransanın kifayət qədər sərt anti-Rusiya mövqeyi ilə əlaqələndirib: “Fransa və Almaniyanın “Normandiya formatı”nda işləmək şansı var idi. Təəssüf ki, lazımi səyləri göstərmədilər. Bu günə qədər belə cəhdlər olmayıb”.

Azpost.info

Əvvəlki məqalə

“Tramp gələn həftə prezidentliyə namizədliyini elan edəcək”

Sonrakı məqalə

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb