“Rusiya gəmisinin Batumi limanına gəlməsi Moskvanın təxribatıdır”- Gürcüstan prezidenti

“Rusiya gəmisinin Batumi limanına gəlməsi Moskvanın təxribatıdır”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

O, gəminin Gürcüstan limanına daxil olmasına etiraz edən ölkə sakinlərinə minnətdarlığını bildirib.

“Fəxr edirəm ki, xalqımız Rusiyanın daha bir təxribatına – Rusiya kruiz gəmisinin Gürcüstanın Batumi limanına daxil olmasına dinc şəkildə etiraz edir”, – Zurabişvili deyib.

O, həmçinin xatırladıb ki, Rusiya gəmisi “taxıl sazişi”nə xitam verildikdən sonra Batumiyə daxil olub.

Prezident Qara dənizin təhlükəsizliyini həm Gürcüstan, həm də Avropa İttifaqı ölkələri üçün vacib adlandırıb.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda heç kim dini məzhəbinə görə təqib edilmir

Sonrakı məqalə

Polşa hərbi personalın sayını iki dəfə artıracaq