“Rusiya gündəlik neft hasilatını 500 min barel azaldacaq”- NOVAK

“Rusiya könüllü olaraq gündəlik neft hasilatını 500 min barel azaldacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Rusiya neft hasilatının könüllü şəkildə azaldılmasına tam sadiqliyini və icrasını bir daha təsdiqləyir”, – Novak deyib.

Onun sözlərinə görə, neftlə bağlı vəziyyətin monitorinqi müstəqil mənbələrə əsasən aparılacaq.

Novak onu da bildirib ki, xarici mətbuat Rusiyada neft hasilatı ilə bağlı çoxlu şayiələr və spekulyasiyalar yayır: “Bir sıra KİV-lər dəniz daşımalarının monitorinqindən sonra neft ixracının artmasından yazıb. Biz mətbuatı yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırırıq”.

Azpost.info

Əvvəlki məqalə

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Azərbaycana gələcək

Sonrakı məqalə

“Tələbəsinə övladı kimi baxa bilməyən məşqçi…” –