“Rusiya günü sabah münaqişəni bitirə bilər”- ABŞ dövlət katibinin müavini

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland amerikalı biznesmen İlon Maskın onu Ukrayna münaqişəsini qızışdırmaqda ittiham etməsini şərh edib.

Azpost.info xəbər verir ki, TASS-a müsahibəsində Nuland Maskın fikirləri ilə tanış olmadığını deyib. Lakin qeyd edib ki, Ukraynadakı münaqişənin bitməsi Rusiyadan asılıdır.

“Nəyə istinad etdiyinizə əmin deyiləm. Bir daha deyərdim ki, bu münaqişənin sonu Rusiyadan asılıdır və bunu günü sabah etmək olar”, – Nuland qeyd edib.

Mask “Tviter” hesabında yazmışdı ki, heç kim bu münaqişəni Nuland qədər qızışdırmır. Sahibkar Nulandın ABŞ-ın Kiyevin Krımda yerləşən hərbi obyektlərə zərbələr endirməsini dəstəklədiyi, onların Ukrayna üçün qanuni hədəflər olduğu barədə sözlərinə belə reaksiya vermişdi.

Azpost.info

Əvvəlki məqalə

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır

Sonrakı məqalə

XİN Paşinyana cavab verdi –