“Rusiya hələ uzun illər təhlükə olaraq qalacaq”- Avstriya XİN rəhbəri

“Rusiya hələ uzun illər təhlükə olaraq qalacaq. Ona görə də Ukraynanın Qərbin təhlükəsizlik zəmanətinə ehtiyacı var”. 

Azpost.info xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyib.

XİN rəhbəri onu da qeyd edib ki, bu onilliyin sonuna qədər Rusiyada siyasi rəhbərliyin dəyişməsi ehtimalı azdır: “Bu onilliyin sonuna qədər Rusiyada siyasi sistemin və siyasi rəhbərliyin əhəmiyyətli dərəcədə dəyişəcəyini güman etmirəm. Ən mühüm kapital olan güvənin əskikliyinə görə Rusiya ilə münasibətlərimiz korlanmış vəziyyətdə qalacaq. Qərb, o cümlədən Ukrayna gələcəkdə Rusiyanın müxtəlif razılaşmalara sadiq qalacağına arxalana bilməyəcək”.

Şallenberqin fikrincə, Qərb Ukraynada hərbi cinayətlər törətmiş rusların mühakimə olunmasında, eləcə də siyasi rəhbərliyin hərbi cinayətlərə və təcavüz cinayətinə görə məsuliyyətə cəlb edilməsində qətiyyətli olmalıdır.

Bunula belə, XİN başçısı hesab edir ki, Qərb Rusiya ilə danışıqlara davam etməlidir: “Bizim qlobal məsuliyyətimiz var. Rusiya dünya xəritəsindən itməyib”.

Azpost.info

 

Əvvəlki məqalə

“Ukrayna müharibədən sonra da Qərb silahları ilə təchiz olunacaq”

Sonrakı məqalə

Vilnüsdə Azərbaycanın və Litvanın birinci xanımlarının görüşü olub