Rusiya hucumla Ukrayna ordusunun müdafiə xəttini yarmağa cəhd edib

Rusiya ordusu gecə hucumla Ukrayna ordusunun müdafiə xəttini yarmağa çalışıb.

Azpost.info bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında bildirib.

Məlumatda deyilir ki, Ukrayna ordusu Baxmut Marinski istiqamətində düşmənin hücumlarını uğurla dəf edib.

Qeyd olunur ki, son 24 saat ərzində 35-dən çox hərbi toqquşma baş verib. Rus qoşunları Ukrayna ordusunun mövqelərinə və yaşayış məntəqələrinə 15 raket və 70-dən çox hava zərbəsi endirib. Çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 47 dəfə zərbə endirib.

Donetsk, Zaporojye və Xerson vilayətlərindəki yaşayış məntəqələri hava zərbələrinə məruz qalıb. Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində 80-ə yaxın yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb.

Azpost.info

Əvvəlki məqalə

“Maskalar düşür, reallıq qalır”! Azərbaycanda boz zonalara yer yoxdur!” –

Sonrakı məqalə

Ramzan Kadırova nə olub, Çeçenistanın başçısı hardadır?