Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 36,5 faiz artıb

“2023-cü ilin yanvar-iyul aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 36,5 faiz artaraq 134,104 milyard dollara çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsinin məlumat yayıb.

Yeddi ayda Çin Rusiyaya 62,545 milyard dollar dəyərində mal idxal edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 73,4 faiz çoxdur.

Rusiyadan Çinə tədarüklər isə 15,1 faiz artaraq 71,559 milyard dollar təşkil edib.

Yanvar-iyul aylarında Rusiyanın müsbət saldosu 2022-ci ilin ilk yeddi ayı ilə müqayisədə təxminən 2,7 dəfə azalaraq 9 milyard dollar təşkil edib.

2023-cü ilin iyulunda Moskva ilə Pekin arasında ticarət dövriyyəsi 19,48 milyard dollara çatıb, iyun ayı ilə müqayisədə bu, 6,4 faiz azdır.

Rusiyadan idxal aylıq olaraq 18,3 faiz azalaraq 9,2 milyard dollar olub.

2022-ci ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 29,3 faiz artaraq rekord həddə – 190,271 milyard dollar çatıb.

Azpost.info

Əvvəlki məqalə

Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri