İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib ki, istər Avropa, istərsə də dünyada Rusiya ilə danışıq apara biləcək siyasətçi yoxdur.
Keçmiş hökumət başçısı bunu partiya iclasında bildirib.
“Bizim dünyada liderimiz yoxdur, Avropada liderimiz yoxdur” -deyə Berluskoni vurğulayıb.
Siyasətçi Rusiyaya qarşı sanksiyaların İtaliyaya da mənfi təsir edəcəyini bildirib.