“Brüsselin Kiyevi dəstəkləməyə davam etməkdən başqa çarəsi yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
O bildirib ki, Rusiya ilə danışıqların vaxtı hələ yetişməsə də, növbəti 12 ay üçün ən böyük problem Ukraynada ədalətli sülhə nail olmaq olacaq.
“İndi sülh haqqında diplomatik danışıqların vaxtı deyil. Hərbi dəstək vaxtıdır”, – Borrel qeyd edib.
Azpost.info