“Rusiya ilə sülh naminə ərazilərimizdən imtina etməyəcəyik” –ZELENSKİ

“Ukrayna Rusiya ilə sülh naminə öz ərazilərinin bir hissəsindən imtina etməyəcək”.

Azpost.info bildirir ki, bunu Ukrayna lideri Vladimir Zelenski CBS televiziyasına müsahibəsində deyib.

Ukrayna prezidentinin sözlərinə görə, münaqişə ərazilərdən imtina etməklə bitməyəcək. Bundan əlavə, o, Ukrayna ordusunun əlverişli hava şəraiti başa çatdıqdan sonra da əks-hücumunu davam etdirəcəyinə əmin edib.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, mümkün sülh danışıqları üçün Kiyev bu danışıqları keçirilməsinə qoyduğu qadağanı götürməlidir. O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam etdiyi müddətdə Rusiya öz zərərinə döyüş əməliyyatlarını dayandırmayacaq.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Ərdoğan ABŞ-da İlon Maskla görüşəcək