“Rusiya ilə əlaqələri kəsmək olmaz” –Ərdoğanın sözçüsü

“Rusiya ilə əlaqələri kəsmək olmaz”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğanın sözçüsü İbrahim Kalın TRT-Haber”ə müsahibəsində deyib.

“Türkiyə niyə vasitəçi rolunda çıxış edir? Çünki Rusiya ilə bütün körpülərin yandırılması yolverilməzdir. Bəs Rusiya ilə kim danışacaq, danışıqlar prosesini kim dəstəkləyəcək? Mütləq aktor lazımdır”, – deyə Kalın müsahibəsində deyib.

O əlavə edib ki, Türkiyə tərəfindən Moskvaya qarşı məhdudiyyətləri heç bir mənası yoxdur. Buna görə də Ankara Montre Konvensiyasına uyğun olaraq Bosfor və Çanaqqala boğazlarını hərbi gəmiləri üçün bağlamaqla kifayətlənəcək.

“Türkiyənin Rusiyaya qarşı sanksiyaları Türkiyə iqtisadiyyatına zərbə olardı. Bu, Rusiyadan daha çox Türkiyəyə zərbə vurar”, – Ərdoğanın sözçüsü deyib.

Eyni zamanda, o vurğulayıb ki, Moskva və Kiyev razılaşa bilsə, Qərb sanksiyaların necə ləğv ediləcəyi barədə planını açıqlamalıdır.

Kalın qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin görüşünün tarixi barədə danışmaq hələ tezdir, lakin iki ölkənin xarici işlər nazirləri arasında görüş ehtimalı gündəmdədir.

Azpost.info

Əvvəlki məqalə

DÇ-2022: Təqvim bəlli olub

Sonrakı məqalə

Britaniya və ABŞ Rusiyaya qarşı təzyiqləri davam etdirəcəklər