“Rusiya ilə əməkdaşlığı ləngidən bürokratik məsələlər var”- LUKAŞENKO

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Rusiya ilə əməkdaşlığı ləngidən bürokratik məsələləri müzakirə etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, Belarus lideri bu barədə Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüşündə danışıb.

Lukaşenko qeyd edib ki, bu gün iki ölkənin iqtisadiyyatında yaranan bütün problemləri aradan qaldırmaq olar.

“Biz görürük ki, bu gün iqtisadiyyatda – həm Belarusda, həm də Rusiyada yaranan bütün problemlərin öhdəsindən gəlmək olar. Biz onları aradan qaldırmağa çalışırıq. Müəyyən qadağalar var. Təəssüf ki, bürokratik… Biz bu haqda danışacağıq. Bu, ümumilikdə Rusiya ilə əməkdaşlığımıza aiddir. Yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşüb bu məsələləri də müzakirə edəcəyik”, – Lukaşenko bildirib.

Azpost.info

Əvvəlki məqalə

MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb

Sonrakı məqalə

AZƏRTAC-a yeni sədr təyin edildi –