“Rusiya ilə dialoqu davam etdirməyin heç bir yolu yoxdur”- NATO Baş katibi

“Rusiya ilə Şimali Atlantika Alyansı arasında dialoq bu gün mümkün deyil”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, təşkilatın rəhbərliyi uzun müddətdir ki, Rusiya ilə ortaq dil tapmaq üçün səy göstərir. Lakin Rusiya bundan yayınır: “NATO Moskva ilə konstruktiv münasibətlər qurmaq və konstruktiv dialoq aparmaq üçün səy göstərib. Lakin Rusiya bundan uzaqlaşıb. Uzun illər qurmağa çalışdığımız dialoqu davam etdirməyin heç bir yolu yoxdur”.

Baş katib onu da bildirib ki, Rusiya ilə açıq hərbi əlaqə kanalını saxlamaq lazımdır. Çünki bu, insidentlərin yaranma riskini azaldır.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan DSMF 10 ayda 196 milyon manat gəlir əldə edib

Sonrakı məqalə

İranda Uels üzərində qələbə münasibətilə 709 məhkum azadlığa buraxılıb