“Rusiya ilə NATO arasında gərginliyin qarşısını almaq lazımdır”- ŞOLTS

“Rusiya ilə NATO arasında gərginliyin qarşısını almaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Kanslerin sözlərinə görə, hazırda Avropada çoxları qorxur və bunun səbəbləri var. Bu səbəbdən o, ehtiyatlı və eyni zamanda qətiyyətli davranmağa çağırıb.

“Ukraynaya kömək etmək, o cümlədən silah-sursatla təmin etmək vacibdir. Eyni zamanda Rusiya ilə NATO arasında müharibəyə səbəb ola biləcək hər hansı eskalasiyanın baş verməməsini təmin etmək lazımdır”, – Şolts qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Baydenlə görüşüm strateji və konstruktiv xarakter daşıyırdı”

Sonrakı məqalə

İstanbulda partlayışda şübhəli bilinən daha 8 nəfər saxlanılıb