“Rusiya ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər” –ZELENSKİ

“Rusiya ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər. Onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır”.

Bunu Ukrayna Pezidenti Volodmir Zelenski deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bütün məsələlərin həllini ehtiva edən bir müqavilənin olmasını istərdi:

“Lakin hamı özünü Rusiya ilə masa arxasında tam görmür. Ukrayna üçün təhlükəsizlik təminatları bir məsələdir, Rusiya ilə razılaşmalar isə başqa məsələdir”.

Zelenski qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər, lakin hələ də heç kimdən yekun cavab yoxdur. (Report)

Əvvəlki məqalə

Ölkədə vaxtı keçmiş kreditlərin məbləği 25 faiz azalıb

Sonrakı məqalə

“Ruslar Mariupolda hərbçilərimizi öldürsə, sülh danışıqları olmayacaq” –