Rusiya ilk dəfə qızılını satmağa məcbur oldu- Büdcə kəsirini ödəmək üçün

Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini ödəmək üçün ilk dəfə olaraq Milli Rifah Fondundan 3,6 ton qızıl satıb.

Azpost.info xəbər verir ki, bu barədə “Forbes Russia” Rusiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən yazıb.

Nazirlik qızıldan başqa, 2,3 milyard Çin yuanı da satıb.

Qızılla birlikdə satış 38,5 milyard rubl təşkil edib. Gəlirlər federal büdcənin kəsirini maliyyələşdirmək üçün onun vahid hesabına köçürülüb.

Rusiya Milli Rifah Fondunun həcmi fevralın 1-nə 10,8 trilyon rubl (155,3 milyard dollar) və ya 2023-cü il üçün proqnozlaşdırılan ÜDM-in 7,2 faizini təşkil edib.

Yanvarda Rusiyanın federal büdcəsi 1,76 trilyon rubl (təxminən 25 milyard dollar) kəsirlə icra olunub, neft və qaz gəlirləri isə 2022-nin yanvar ayı ilə müqayisədə 46 faiz azalaraq 426 milyard rubl (6 milyard dollardan çox) olub.

Azpost.info

Əvvəlki məqalə

Cəlilabadda keçmiş arvadını qətlə yetirən şəxs xəstəxanada ölüb

Sonrakı məqalə

Prezident Konqonun yeni səfirinin etimadnaməsini qəbul edib