Rusiya İranla birgə PUA istehsalı ilə bağlı xəbəri təkzib edib

Rusiya İranla birgə pilotsuz uçuş aparatlarının istehsalına başlanacağı xəbərini inkar edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavabında bu məsələni xəbəri yayan “The Washington Post” qəzeti ilə dəqiqləşdirməyi məsləhət görüb. Onun sözlərinə görə, Rusiya qəzetin bu informasiyanı haradan almasından xəbərsizdir.

D.Peskov, həmçinin Rusiya Prezidenti Vladimir Putinin noyabrın 23-də Yerevana səfər edəcəyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirakını təsdiqləyib. Kremlin sözçüsü Rusiya Prezidentinin Ermənistanın baş naziri ilə ikitərəfli görüş keçiriəcəyini də diqqətə çatdırıb.

D.Peskov Rusiya Prezidentinin fransalı həmkarı Makronla telefon danışığının gözlənilmədiyini də qeyd edib. Belə ki, G20 sammitindən sonra E.Makron Rusiya dövlətinin başçısı ilə telefonla danışacağını bildirmişdi.

Əvvəlki məqalə

Azərbaycanda su hövzələrinin monitorinqində nələrə diqqət etmək lazımdır?

Sonrakı məqalə

Payız allergiyasından necə qorunmaq olar? –