Rusiya İstintaq Komitəsinin Moskva idarəsinin əməkdaşları “DXR”in keçmiş müdafiə naziri İqor Strelkovu həbs etmədiklərini bildiriblər.
Azpost.info xəbər verir ki, eyni zamanda onun saxlanılması faktını da inkar etməyiblər.
Strelkovu saxlanılması barədə onun həyat yoldaşı Miroslava Reginskaya məlumat verib. O bildirib ki, Strelkovun yaşadığı evdə axtarış həyata keçirilib və yoldaşı naməlum istiqamətə aparılıb.
Yerli KİV-in məlumatına görə, Strelkov barəsində cinayət işi “Vaqner”in keçmiş əməkdaşının müraciətindən sonra başladılıb.
Azpost.info