“ABŞ prezident Co Baydenin Kiyevə səfəri ilə bağlı Rusiyanı həqiqətən də xəbərdar edib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, bununla belə Rusiya Baydenə təhlükəsizlik zəmanəti verməyib.
“ABŞ diplomatik kanallar vasitəsilə Baydenin Kiyevə səfəri barədə Rusiyanı xəbərdar edib. Biz onun təhlükəsizliyinə zəmanət verməmişik”, – FTX rəhbəri vurğulayıb.
Fevralın 20-də ABŞ prezidenti Co Bayden gözlənilmədən Kiyevə səfər edib. bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Kiyevə növbəti yardım paketi vəd edib. O da məlum olub ki, ABŞ prezidentinin səfərindən az əvvəl Vaşinqton münaqişəyə səbəb ola biləcək yanlış hesablamalardan qaçmaq üçün Moskva ilə əlaqə saxlayıb.
Azpost.info