“Rusiya Kiyevin təklif etdiyi sülh sazişini qəbul edib” –Zelenskinin nümayəndəsi

“Rusiya İstanbulda Krım istisna olmaqla Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini şifahi olaraq qəbul edib”.

 Azpost.info bildirir ki, bu sözləri Ukraynanın Rusiya ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri David Araxamiya milli marafonun efirində bildirib.

Rusiya tərəfi sənədlərin layihələrinin prezident Vladimir Zelenski ilə Rusiya rəhbəri Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib hazırlandığını təsdiqləyib.

Araxamiya qeyd edib ki, yüksək səviyyədə görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir:

“İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq müzakirə olunmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü hazırlamaqdır”.

Əvvəlki məqalə

“Ukrayna ilə danışıqlar asan keçmir”-

Sonrakı məqalə

Kiyev vilayəti tam azad edilib –