“Rusiya Ukrayna Silahlı Qüvvələrinin Moskva və Krıma hücumları ilə bağlı sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Bu cinayətlər Rusiya İstintaq Komitəsi tərəfindən hərtərəfli araşdırılır. Hadisəni törədənlər mütləq müəyyənləşdiriləcək və cəzalandırılacaq. Biz sərt cavab tədbirləri görmək hüququmuzu özümüzdə saxlayırıq. Söhbət bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Rusiya paytaxtına pilotsuz təyyarələrlə hücum cəhdindən, eləcə də Krım körpüsündə törədilmiş terror aktından gedir”, – Zaxarova deyib.
O, həmçinin xatırladıb ki, iyul ayında Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Krımın Razdolnoye kəndini vurub. Nəticədə 14 yaşlı qız dünyasını dəyişib.
Azpost.info