Rusiya Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərinə raket zərbələri endirib

Ukraynanın Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib.

UNİAN-ın məlumatına görə, bu barədə Lvov meri Andrey Sadovoy məlumat verib. O sakinlərə sığınacaqlarda qalmağı məsləhət görüb. Daha sonra o, şəhərin bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib.

Lvov vilayəti hərbi idarəsinin rəhbəri Maksim Kozitski də öz növbəsində yazıb: “İlkin məlumatlara görə, raket zərbələri Lvov vilayətinə endirilib. Sığınacaqlarda qalın!”

Dəqiqləşdirilməmiş məlumatalara görə, beş partlayış baş verib. Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub. Həmçinin sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, Kiyevin sağ sahilində partlayışlar eşidilib.

Bundan əlavə, Ternopol bölgəsində səmada raketlərin uçuşu müşahidə edilib. Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko isə Vinnitsa üzərində uçan iki raketin vurulduğunu yazıb.

Əvvəlki məqalə

“Qarabağ” Azərbaycan çempionu oldu

Sonrakı məqalə

Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı açıqlama yaydı