Rusiya məhkəməsi “Twitter”i cərimələdi

- 63 min dollar
13 Fevral 2020 - 16:13

Moskva Məhkəməsi “Twitter”i 4 milyon rubl (63 min ABŞ dolları) məbləğində cərimələyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, məhkəmə ABŞ-ın “Twitter” kompaniyasını rusiyalı istifadəçilərin şəxsi məlumatları olan serverləri Rusiyaya gətirməkdən imtina etməsinə görə cərimələyib.

“ABŞ-ın Kaliforniya ştatında qeydiyyatda olan xarici hüquqi şəxs “Twitter Inc” inzibati cinayət törətməkdə təqsirkar bilinərək 4 milyon rubl məbləğində cərimələnsin”, – deyə məhkəmənin hökmündə bildirilib.