Rusiya mağazalarında ən çox saqqız bahalaşıb- “Rosstat” açıqladı

Rusiya mağazalarında il ərzində ən çox bahalaşan məhsulların siyahısına saqqız liderlik edir.

Azpost.info xəbər verir ki, bu barədə “Rosstat”dan bildiriblər.

Məlumata görə, 2023-cü ilin mart ayında bir paket saqqızın orta pərakəndə satış qiyməti 39 rubl təşkil edib. 2022-ci ilin eyni ayı ilə müqayisədə onun dəyəri 22,3 faiz artıb.

Qiymət artımı Ukraynada xüsusi hərbi əməliyyat elan edildikdən və Qərbin sanksiyalarının tətbiqindən sonra başlayıb. Bütün bunlar dolların məzənnəsinin sürətlənməsinə, idxal təchizat zəncirlərinin pozulmasına və xarici şirkətlərin Rusiyada biznesinin kütləvi şəkildə dayandırılmasına səbəb olub.

Son bir ildə saqqız qiymətlərinin artım tempi bütün əvvəlki onillikdə rekord göstərici olub. Əvvəlki illərdə də saqqız bahalaşırdı, lakin illik bahalaşma 1-3 rubl təşkil edirdi.

Rusiyanın saqqız bazarı ən böyük oyunçular arasında bölünüb – “Wrigley” (“Mars Corporation”ın törəmə şirkəti: “Orbit”, “Wrigley’s”, “Eclipse” markalarını istehsal edir), “Mondelez International” (“Dirol” saqqızı) və “Perfetti Van Melle” (Mentos brendi).

Azpost.info

 

Əvvəlki məqalə

Britaniya müdafiə naziri Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini

Sonrakı məqalə

Bakıda bu avtobusların hərəkət intervalında gecikmələr var