Rusiya Müdafiə Nazirliyi Polşa ərazisinə hansı raketin düşdüyünü- AÇIQLADI

Rusiya Polşa ərazisinə hansı raketin düşdüyünü açıqlayıb.

Azpost.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Polşa ərazisinə Ukraynanın S-300 raketinin düşdüyünü bəyan edib.

“Dəqiq zərbələr yalnız Ukrayna ərazisindəki hədəflərə və Ukrayna-Polşa sərhədindən 35 kilometrdən az olmayan məsafədə endirilib. Polşadakı dağıntıların fotoşəkilləri Rusiyanın müdafiə sənayesi mütəxəssisləri tərəfindən birmənalı olaraq Ukrayna Hərbi Hava Qüvvələrinin S-300 zenit raketinin elementləri kimi müəyyən edilib”, – nazirlik bildirib.

Azpost.info

Əvvəlki məqalə

Azadlıq Partiyasına Azadlıq prospektində ofis verilib –

Sonrakı məqalə

“Bayden tərəfdaşlarına Polşadakı partlayışın səbəbkarını açıqlayıb”