“Rusiya müharibəni bitirməyə çalışır”- PUTİN

“Rusiya xalqımızın düşməninin apardığı müharibəni hərbi əməliyyatın köməyi ilə bitirməyə çalışır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə dövlət mükafatlarının təqdimetmə mərasimində deyib.

O, müharibəni Rusiyanın başlatmadığını da bildirib.

“Tez-tez deyirlər ki, Rusiya hansısa müharibə başladıb. Xeyr. Rusiya xüsusi hərbi əməliyyatın köməyi ilə bizə qarşı, xalqımıza qarşı aparılan bu müharibəni dayandırmağa çalışır. Rusiya öz vətəndaşlarını qorumaq üçün hər şeyi edəcək. Doqquz ildir ki, bizim düşmənimiz, xalqımızın düşməni bu insanlara qarşı müharibə aparır”, – Putin qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Putin Moldovaya ayaq bassa, həbs olunacaq

Sonrakı məqalə

Azərbaycanda qoyunçuluq niyə idxaldan asılı vəziyyətə düşüb?