Rusiya Nazirlər Kabinetinin binasında sentyabrın 18-dən maska rejimi bərpa olunacaq.
Azpost.info bildirir ki, bu barədə “Komsomolskaya Pravda” xəbər verir. Koronavirusa yoluxma hallarının artması ilə əlaqədar işçilər arasında şəxsi təmaslar da məhdudlaşdırılacaq.
Həmçinin, xəstəliyin daha da yayılmasının qarşısını almaq üçün Rusiya Nazirlər Kabineti xarici və yerli ezamiyyətlərin sayını azaldacaq.
“Hökumət Evinin ərazisində müvəqqəti olaraq əlavə profilaktik tədbirlər, o cümlədən maska rejimi tətbiq edilir. Qərar ARVI, qrip və COVID-19-a yoluxma hallarının mövsümi artımı ilə əlaqədar qəbul edilib”, – RBC Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir.
Azpost.info