Rusiyanın Baş Naziri vəzifəsinə namizəd Federal Vergi Xidmətirnin rəhbəri Mixail Mişustin yeni hökumətdə dəyişiklik planlaşdırdığını açıqlayıb. Bu barədə o, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyası ilə görüşündə bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverovun dediyinə görə, Mixail Mişustin fraksiyalarla nazir vəzifələrinə namizədləri də müzakirə edəcəyini bildirib: “O, Nazirlər Kabinetinin yeni tərkibində dəyişikliklər olacağını söyləyib. Mişustin öz fəaliyyətinin əsas prioritet prinsipləri sırasında milli layihələr və rəqəmsal iqtisadiyyatın olduğunu açıqlayıb”, – deyə Neverov vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Baş Nazir vəzifəsində Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyinə baxacaq.