“Rusiya Nazirlər Kabinetinin tərkibində dəyişikliklər olacaq”- Mixail Mişustin

Rusiyanın Baş Naziri vəzifəsinə namizəd Federal Vergi Xidmətirnin rəhbəri Mixail Mişustin yeni hökumətdə dəyişiklik planlaşdırdığını açıqlayıb. Bu barədə o, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyası ilə görüşündə bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverovun dediyinə görə, Mixail Mişustin fraksiyalarla nazir vəzifələrinə namizədləri də müzakirə edəcəyini bildirib: “O, Nazirlər Kabinetinin yeni tərkibində dəyişikliklər olacağını söyləyib. Mişustin öz fəaliyyətinin əsas prioritet prinsipləri sırasında milli layihələr və rəqəmsal iqtisadiyyatın olduğunu açıqlayıb”, – deyə Neverov vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Duması Baş Nazir vəzifəsində Rusiya Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyinə baxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QMİ-dən 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı

Sonrakı məqalə

“İqtisadi və sosial prioritetlər uzlaşdırılmalıdır”