“Rusiya nüvə sınaqlarına qayıdacaq və sınaq partlayışları keçirməyə başlayacaq. Əgər bunu ilk ABŞ edərsə”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.
“Bu istiqamətdə hər hansı hərəkətlər ciddi şəkildə Rusiya milli təhlükəsizliyinin maraqlarına uyğun olaraq həyata keçiriləcək. Rusiya bu məsələdə ardıcıl və çox məsuliyyətli xətt aparır. 1990-cı ildən Moskva nüvə sınaqlarına birtərəfli moratorium saxlayıb və 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib”, – XİN qeyd edib.
XİN onu da bildirir ki, Vaşinqton bu müqaviləni ratifikasiya etməkdən inadla imtina edir: “Bu, sonsuza qədər davam edə bilməz”.
Nazirlik hazırkı gərgin beynəlxalq vəziyyətdə Qərbi hər hansı təxribat və spekulyasiyalardan çəkinməyə çağırıb.
Azpost.info