Rusiya Odessanın neft emalı zavodunu raketlə vurub

Rusiya ordusu Ukraynanın Odessa şəhərində neft emalı zavodunu və yanacaq anbarlarını məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Bu gün səhər saatlarında yüksək dəqiqlikli dəniz və hava bazalı raketlər Odessa şəhərində bir neft emalı zavodunu və üç yanacaq-sürtkü materialları anbarını məhv edib. Bundan başqa, hava hücumundan müdafiə sistemləri Kudryaşovka və Şurovka kəndləri yaxınlığında havada iki Ukrayna pilotsuz uçuş aparatını vurub”, deyə Rusiya MN rəsmisi vurğulayıb.

Konaşenkovun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 125 təyyarə və 88 helikopter, 383 pilotsuz uçuş aparatı, 221 zenit-raket kompleksi, 1903 tank və digər döyüş zirehli texnikası, 207 reaktiv yaylım atəşi sistemi, 805 səhra artilleriya silahı və minaatanlarını, o cümlədən 1781 hərbi avtomobilini məhv edib.

Əvvəlki məqalə

Türkiyə XİN Azərbaycana başsağlığı verib

Sonrakı məqalə

Pakistan Baş naziri parlamenti buraxmağa çağırıb