Rusiya qoşunları Odessa vilayətindəki yaşayış məntəqəsinə “İsgəndər” raketi atıb.
Bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Maksim Marçenko bildirib.
“Düşmən indicə Krımdan “İsgəndər” raket kompleksindən Odessa bölgəsindəki yaşayış məntəqəsinə üç raket zərbəsi endirib. Qurbanlar var. Biz bunu belə qoymayacağıq. Söz verirəm ki, onlar raket buraxılışına və hər hücuma görə peşman olacaqlar”, – Marçenko videomüraciətində qeyd edib.
Azpost.info