“Rusiya ordusu fosfor bombalarından istifadə edə bilər” –Britaniya Müdafiə Nazirliyi 

Rusiya ordusu Mariupolda fosfor bombalarından istifadə edə bilər.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin aprelin 11-də dərc olunmuş hesabatında deyilir. “Rusiya ordusu artıq Ukraynanın şərqində fosforlu bombalardan istifadə edib və Mariupolda yenidən istifadə edə bilər”, – hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, şəhər uğrunda döyüşlər intensivləşir. Həmçinin, Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərini atəşə tutmaqda davam edir: “Ukrayna qüvvələri bir neçə hücumu dəf edib və nəticədə Rusiya tankları, maşınları və artilleriya texnikası məhv edilib”. Kəşfiyyat məlumatlarına görə, Rusiyanın idarə olunmayan bombalardan istifadəni davam etdirməsi mülki əhali arasında daha çox itki riskini artırır.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan hansı əsasla etnik təmizləmədən danışır?!

Sonrakı məqalə

“Yaxın günlərdə Donbasda döyüşlər daha da şiddətlənəcək” –