Rusiya ordusu müharibədə atlardan istifadə etməyə başlayıb

Rusiya hərbçiləri xüsusi tapşırıqları yerinə yetirmək üçün döyüş bölgəsinə atlar gətiriblər.

Azpost.info xəbər verir ki, atlardan xüsusilə patrul xidməti və döyüş bölgəsindəki mövqelərə yüklərin çatdırılması üçün istifadə olunur.

Məlumata görə, atlardan bir neçəsi səfərbər olunanların xidmət etdiyi Başqırd alayının komandirinin istəyi ilə gətirilib. Atların komandanlığa öyrəşdiyi, çapıldığı və artıq döyüş hazırlığı keçdiyi bildirilir.

Belə ki, atlar bir müddət yüksək səsə, atışma və partlayan mərmi səslərinə öyrəşdirilib.

Hərbçilərin dediyinə görə, texnika çatışmazlığı yoxdur, amma iş ondadır ki, atlar yük daşıyarkən daha səssizdirlər və gözə dəymirlər. İki at eyni vaxtda 200 kq yük daşıya bilir, səhərlər isə iki reys etmək olur.

Azpost.info

Əvvəlki məqalə

Kanadanın XİN başçısı Şarl Mişellə Qarabağı müzakirə edib

Sonrakı məqalə

Ermənistan parlamentinin spikeri əməliyyat olunur