Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib

Sutka ərzində Rusiya ordusu Ukraynaya 20 raket zərbəsi endirib. Kiyev və Dnepropetrovsk hücumda 10 ədəd X-101/X-555 qanadlı raketi tətbiq edilib. Onlar Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Bu barədə mayın 27-də səhər saatlarında Ukrayna Baş Qərargah məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Dneprə S-300/S-400 qurğularından 7 raket atıb, daha sonra isə “İsgəndər” raketi ilə xəstəxananı vurub.

Son sutka ərzində Rusiya ordusu “Shahed” pilotsuz təyyarələrinin köməyi ilə Ukraynaya 68 zərbə endirib.

“Təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var, təhsil ocaqları, yaşayış binaları və fərdi evlərə ziyan dəyib”, – məlumatda deyilir.

Əvvəlki məqalə

“Ermənistan sülh istəmir” –

Sonrakı məqalə

Siyəzəndə nəşə əkən 2 nəfər saxlanılıb