Ukraynadakı döyüşlərdə 31-ci Ulyanovsk Hava-Desant-Hücum Briqadasının komandiri, polkovnik Andrey Kondraşkin həlak olub.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının “DXR” üzrə rəis müavini Aleksandr Xodakovski məlumat verib.
“Ailəsinə və dostlarına, silahdaşlarına başsağlığı veririk”, – Xodakovski bildirib.
31-ci Hava Hücum Briqadası bütün əsas döyüşlərində iştirak edib. Briqada hazırda Baxmutun yaxınlığında yerləşir.
Ölümündən əvvəl Kondraşkin Andreevka kəndinin cənubunda Ukrayna Silahlı Qüvvələrinin hücumlarını dəf etmək tapşırığını yerinə yetirirdi.
Kondraşkinin ölümünün hansı şəraitdə baş verdiyi məlum deyil.
Müdafiə Nazirliyinin saytında qeyd edilir ki, 2017-ci ildə Ulyanovsk hava hücumu briqadası Rusiya Hərbi Hava Desant Qüvvələrinin oxşar bölmələri arasında ən yaxşısı kimi tanınıb.
Azpost.info