“Rusiya Orta Asiyadakı bazalarının döyüş hazırlığının artırır”- ŞOYQU

Rusiya Qırğızıstan və Tacikistandakı bazalarının döyüş hazırlığını artırır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Onun sözlərinə görə, buna ABŞ-ın terrorizmlə mübarizədə yardım bəhanəsi ilə Orta Asiyada hərbi mövcudluğunu bərpa etmək niyyətinə görə qərar verilib.

“Moskva ABŞ hakimiyyətinin region ölkələrinə hərbi infrastrukturun yerləşdirilməsi ilə bağlı müraciətlərini ŞƏT məkanında sabitliyə birbaşa təhlükə kimi qiymətləndirir. Biz öz tərəfimizdən Rusiyanın Qırğızıstan və Tacikistandakı hərbi bazalarının, eləcə də mümkün çağırışlara qarşı digər cavab qüvvələrinin döyüş hazırlığını artırırıq”, – Şoyqu bəyan edib.

Azpost.info

Əvvəlki məqalə

“Artıq belə bir ölkə yoxdur…”

Sonrakı məqalə

Sosial şəbəkədə reklamın yerləşdirilməsi