“Rusiya özünü indiki kimi aparmağa davam etdikcə, dialoq üçün heç bir imkan qalmır”- NATO Baş katibi

NATO Baş katibi Yens Stoltenberq indiki şəraitdə Rusiya ilə anlamlı dialoq aparmağı mümkünsüz hesab edir.

Azpost.info xəbər verir ki, NATO Parlament Assambleyasının Madriddə keçirilən iclasında çıxışı zamanı Baş katib qeyd edib ki, Rusiya Ukraynaya münasibətdə özünü indiki kimi aparmağa davam etdikcə, dialoq üçün heç bir imkan qalmır.

Baş katib əlavə edib ki, NATO Ukraynadakı münaqişənin sülh yolu ilə həllini istəyir. Lakin sülhün şərtləri Kiyev üçün məqbul olmalıdır.

Stoltenberqin sözlərinə görə, ukraynalılar döyüş meydanında qərarlıdırlar, ona görə də Alyans  Kiyevə hərbi yardımı artırmağa davam etməlidir: “Xüsusilə, hava hücumundan müdafiə sistemləri, hərbi texnika və yanacaq təchizatını artırmaq lazımdır”.

Azpost.info

 

Əvvəlki məqalə

“Dəfələrlə xəbərdarlıq etsək də, Rusiya vədini yerinə yetirmədi…”

Sonrakı məqalə

Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub