“Rusiya deportasiya edilmiş ukraynalıların Krımda yaşamasını qadağan edir. Onları Rusiya pasportu almağa məcbur edir”.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib. “Xerson və Zaporojye vilayətlərindən müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə aparılan Ukrayna vətəndaşlarının məcburi pasportlaşdırılması davam edir. Yarımadaya məcburi köçkün edilmiş Ukrayna vətəndaşlarına Rusiya pasportunun alınmasının zəruriliyi ilə bağlı belə izah verilir ki, şəxsiyyətlərini təsdiq edən sənədlər olmadan Krımda yaşamağa icazə verilməyəcək. Həmçinin vətəndaşlarımız düşərgələrə aparılır, onlardan Ukrayna pasportları götürülür və müvəqqəti yaşamaq üçün sənəd verilir”, – komissar bildirib.
Azpost.info