Rusiya qaz hasilatını niyə azaldıb?- Putin AÇIQLADI

“Qazın qiyməti bir az aşağı düşüb, ona görə də Rusiya hasilatı azaldır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə deyib.

Putin əlavə edib ki, Rusiya hakimiyyətinin addımları dünya bazarlarında müəyyən qiymət mühitinin saxlanması zərurəti ilə bağlıdır.

“Biz qaza müəyyən qiymət qoymuşuq. Bir qədər ucuzlaşıb. Biz hasilatı azaldırıq, amma buna baxmayaraq, lazımi səviyyədədir. Dünya bazarlarında qiymətlər dəyişir. Amma bizim bütün addımlarımız, 0 cümlədən istehsalın könüllü azalması dünya bazarlarında müəyyən qiymət mühitinin saxlanması zərurəti ilə bağlıdır”, – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

15 nəfər YAP-dan qovulub

Sonrakı məqalə

Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib –