“Rusiya Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyub”- PUTİN

“Rusiya Qazaxıstan iqtisadiyyatının ən böyük investorlarındandır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Putinin sözlərinə görə, Rusiyanın bu ölkədəki investisiyalarının ümumi həcmi təxminən 17 milyard dollardır: “Rusiya Qazaxıstan iqtisadiyyatının ən böyük sərmayədarlarından biridir. Rusiya investisiyalarının ümumi həcmi təxminən 17 milyard dollardır. İstisnasız olaraq iqtisadiyyatın bütün əsas sektorlarında 30-dan çox iri investisiya layihəsi birgə həyata keçirilir” .

Putin qeyd edib ki, Rusiyanın 89 subyektindən 76-sı qazaxıstanlı tərəfdaşlarla birbaşa ticarət-iqtisadi əlaqələr qurub: “İki ölkənin müxtəlif sənaye sahələrində, o cümlədən yüksək texnologiyalar sahəsində birgə iş görmək üçün də geniş perspektivləri var”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda 13 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Konqo prezidentini sianidlə zəhərləməyə cəhd ediblər