Rusiya qoşun bölmələrinin Ermənistanda təlimləri keçirilib

Ermənistandakı Rusiya qoşunlarının “Alagəz” və “Kamxud” poliqonlarında maddi-texniki təminat bölmələrinin təlimləri keçirilib.

Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, maddi-texniki təminat bölmələrinin hərbçiləri hərbi texnikanın yanacaqla doldurulması tapşırıqlarını müasir tankerlərin köməyi ilə çöl şəraitində yerinə yetiriblər.

Həmçinin, bütün təlim dövründə Cənub Hərbi Dairəsinin hərbi bazasının maddi-texniki təminat bölmələrinin hərbi qulluqçuları yüksək dağlarda şəxsi heyətin ərzaq, geyim və digər yardım növləri ilə təmin edilməsi üçün geniş spektrli xüsusi tapşırıqları yerinə yetiriblər.

Əvvəlki məqalə

İmtahanda az bal toplayan yeniyetmə özünü 15-ci mərtəbədən atdı –

Sonrakı məqalə

Ermənistanın sabiq XİN rəhbəri Paşinyanı tənqid etdi, oğluna cinayət işi açdılar