Rusiya səfiri Polşa XİN-ə çağırılıb- Putinin açıqlaması ilə bağı

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Polşa XİN rəhbərinin müavini Pavel Yablonski bildirib.

Səfirin çağırılmasına səbəb Vladimir Putinin dünənki bəyanatı olub.

Putin bildirib ki, Polşa SSRİ və İosif Stalinin qərarı sayəsində qərbdə əhəmiyyətli torpaqlara sahib olub.

“Mövqeyimizi səfirə açıq şəkildə bildirdim”, – Yablonski deyib və başqa təfərrüatları açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

“RİA Novosti”-nin hərbi müxbiri Ukraynadakı müharibə zonasında öldürülüb

Sonrakı məqalə

Rusiya Maldiv adaları vasitəsilə 50 milyonluq yarımkeçiricilər alıb