Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, səfirə Rusiyanın uşaq hüquqları üzrə keçmiş komissarı Pavel Astaxovun bəyanatı ilə əlaqədar etiraz edilib.

“Mayın 5-də Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyanın keçmiş Ombudsmanı Pavel Astaxovun Polşa səfirini qətlə yetirməyə çağıran bəyanatı ilə bağlı Rusiya nümayəndəsinə etiraz notası təqdim edilib”, – Polşa XİN-dən bildiriblər.

Polşa tərəfi yaranmış vəziyyətlə bağlı kəskin etirazını bildirib və cinayət işinin başlanmasını, cinayətkarın dərhal cəzalandırılmasını gözlədiyini deyib.

Azpost.info

Əvvəlki məqalə

Alla Puqaçova Rusiyaya niyə gəlib?

Sonrakı məqalə

ÜST Pandemiyanın başa çatdığını elan edib