“Ukrayna Qərb ölkələrindən getdikcə daha çox hərbi yardım almalı, Rusiya isə qoşunları yenidən qruplaşdırmaq və silah ehtiyatlarını artırmaq imkanından məhrum edilməlidir”.
Azpost.info xəbər verir ki, bunu Britaniyanın Baş naziri Rişi Sunak Skandinaviya ölkələrinin liderlərinin sammitində deyib.
“Rusiyanın təchizat zəncirlərinə diqqət yetirmək və beynəlxalq dəstəyi dayandırmaq lazımdır. Xüsusən də İrandan. Biz diqqəti Rusiyanın yenidən qruplaşmaq və silahları yenidən təchiz etmək qabiliyyətini zəiflətməyə yönəltməliyik”, – Sunak bildirib.
O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini tam həmrəy olduğunu bəyan edib.
Azpost.info