Rusiya silahlı qüvvələri Ukraynada 180 muzdlunu öldürüb

Rusiya silahlı qüvvələrinin Ukrayna ordusunun təlim mərkəzlərinə zərbəsi nəticəsində 180 əcnəbi muzdlu öldürüb.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkov həmçinin böyük həcmdə xarici istehsal olan silahın da məhv edildiyini qeyd edib.

“Bu səhər yüksək dəqiqlikli silahlarla Ukrayna ordusunun Stariçi yaşayış məntəqəsindəki və Yarovorski poliqonundakı mövqelərinə zərbə endirilib”, – deyə general əlavə edib.

Konaşenkov bildirib ki, sözügedən ərazilərdə xaricdən gətirilmiş silah bazası və muzdluların təlim mərkəzi yerləşirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanılıb

Sonrakı məqalə

Rusiya ordusu Ukraynada 180 əcnəbi muzdlunu öldürüb –